• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 10.01.2023 20:36

İctimaiyyət nümayəndələri imtahan prosesini izləyib

KepezTV Player

Bu gün Azərbaycan Texnologiya Universitetinin qapıları valideynlər, ictimaiyyət nümayəndələri, pedoqoji heyət, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin üzünə açıq idi. 2022-2023- cü tədris ilinin payız imtahan sessiyasında “Açıq qapı” günü keçirildi. Müşahidəçilər imtahanların keçirilmə prosesi ilə yaxından tanış olublar.

“Açıq qapı” günündə əvvəlcə Azərbaycan Texnologiya Universitetin rektor əvəzi Yaşar Ömərov imtahanların təşkili barədə məlumat verib. Nazirliyinin müvafiq əmrinə əsasən tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bütün korpuslarda təklif və müraciətlər qutusu yerləşdirilib. İmtahan prosesinin uğurla davam etdiyi vurğulanıb.

Raqif Hüseynov  UTECA-nın Tədris şöbəsinin müdiri : Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə İmtahan Qərargahı, Appelyasiya Komissiyası yaradılıb.Qış imahan sesiyası 30 dekabrdan başlayıb 1 fevral tarixinədək davam edəcək.Gün ərzində universitetimizin 5 tədris korpusunda təhsil alan 3313 tələbədən 700 tələbə imtahan veiri. İmtahanlar əsasən test və bəzi fənlərədn yazıl formlda keçirilir.

Daha sonra imtahan sessiyası ilə yaxından tanışlıq olub. İmtahan zalları və auditoriyalarda tələbələr üçün yaradılan imkanlar, imtahanların gedişatı izlənilib. Kodlaşdırma otağında cavabların yoxlanılması işinin şəffaf, obyektiv və sürətli həyata keçirildiyi müşahidə edilib.

Əli Abdullayev valideyn: İkinci dəfədir bura gəlirəm.Bir uşaq qəbul olanda gəlmişəm. Bir də valideyinlər üçün təşkilolnmuş açıq qapı günündə gəldim. Bizim müşahidələrimiz də onu təsdiq elədi ki, doğurdan deyilənlər hamsı reallıqdır.Və bir başa tələbələr üçün yüksək səviyyədə obyektiv təşkil olunub. Biz öz valideyinlərimiz adından öz təşəkkürmüzü bildiririk. Və onlara sağol deyirik ki, belə bir şərait yaradıblar.

Sədayə Eyvazlı tələbə: Bu semester iki imtahan vermişəm. Kompyuterdə imtahan vermişəm. Çox şəffaf imtahan keçirilib. Imtahann nəzarət komisiyası güclü nəzarət edirdi. Heç bir köçürülmə halı olması. Mən imtahanın gedişindən çox razıyam. Nəticəm kompyuterdə həmin an göstərildi. Hal hazırda əlaçıyam. Axıra qədər də belə davam etmək istəyirəm.

İmtahan nəticələrinin yoxlanılması Azərbaycan Texnologiya Universitetinin tələbələri tərəfindən hazırlanan müvafiq sistem üzərindən həyata keçirilir. Nəticələr elə həmin gün də elan olunur. Sessiya müddətində 279 qrup üzrə 1387 imtahanın təşkili nəzərdə tutulub.