• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 26.12.2022 18:58

2023-cü il kimlərə düşərli olacaq?

KepezTV Player

2023-cü il artıq qapının astanasındadır. Pələngi yola salıb dovşanı qarşılayırıq. Yəqin ki, çoxunuz üçün maraqlıdır, 2023 nə kimi dəyişikliklər, yeniliklər vəd edəcək. Bunu öyrənmək üçün ekrana yaxın əyləşin. Şərq təqviminin yeni ili barədə əməkdaşımız Aişə Rzayeva münəccimlik edib.

Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada çox məşhur olan bu təqvimə Azərbaycanda da inanan insanlar kifayət qədərdir. Bu il olan Dovşan ili yanvarın 22-dən də başlayacaq və 2024-cü il fevralın 9-da başa çatacaq.

Şəhər sakinləri arasında keçirdiyimiz sorğu zamanı kimiləri illərə inanmadıqlarını, kimiləri isə dovşan ilindən olan gözləntilərini söylədilər. İnsanlar arasında olan bu inanclar haqqında psixoloq rəyini öyrəndik.

Dovşan ili ulduz falının 12 illik dövründə dördüncü yerdədir və təqvimin ən xoşbəxt ili hesab olunur. Ehtimal olunur ki, 2023-cü ildə istənilən münaqişə və fikir ayrılıqları həmişəkindən daha tez aradan qaldırılacaq. Odur ki, 2023-cü ilin sakit, ahəngdar və uğurlu olacağı hesab edilir.

O ki, qaldı bürclərə, astroloqlar Dovşanın Qoç, Oxatan və Dolçanın həyatını tamamilə dəyişəcəyini proqnozlaşdırırlar. Gələn il qızılı rəngli paltar geyinmək isə sahibinə uğur və firavanlıq gətirəcək.

İlin hansı il olmasından asılı olmayaraq insanlara inanclarının özlərindən olmağını, reallaşmasını istəkiləri, arzuladıqları iş üçün hədəflər qoyaraq uğurlu olmalarını arzulayırıq.

Aişə Rzayeva