• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 17.12.2022 12:04

Etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər

KepezTV Player

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altı gündür davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var. Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

Etiraz aksiyasının iştirakçıları fləşmob da təşkil ediblər. Ərazidə şamlarla “Stop ekoterror” yazıblar. Dinc aksiyanın iştirakçıları “Stop ekoterror”yazısının ətrafında bayraqlarla durublar. Daha sonra onlar “Stop ekoterror” şüarı səsləndiriblər.