• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 16.12.2022 09:32

Minaya düşənlər şəhər xəstəxanasına yerləşdiriliblər

KepezTV Player

Çıraq kəndində minaya düşərək xəsarət alanlardan 3-ü Gəncə Abbas Səhhət adına şəhər xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinə gətirilən 47 yaşlı Siyasət Allahverdiyevə hər iki daban sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ gicgah alın nahiyəsinin çapılmış yarası, 53 yaşlı Rodik Pənahova sağ qamış və incik sümüyünün 1/3 hissəsinin yerdəyişən açıq qəlpəli sınıqları, 26 yaşlı Sadir Əliyarova isə incik sümüyünün 1/3 hissəsinin sınığı, daban aşıq sümüyünün qəlpəli sınığı diaqnozları qoyulub. Yaralı Siyasət Allahverdiyev burada tibbi yardım göstərildikdən sonra şəhərin özəl tibb xəstəxanalarından birinə göndərilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.