• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 15.12.2022 20:36

Sakinlərin müraciətləri dinlənilib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Ağstafada vətəndaşları qəbul edib. General-polkovnikin qəbulunda Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan 14 vətəndaş iştirak edib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, eləcə də digər məsələlər ilə bağlı olub. Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.