• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3204
— 21.11.2022 10:43

Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür

KepezTV Player

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Partiyanın yaranması tarixi zərurət idi.1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə YAP-ın təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.