• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 07.09.2022 12:16

Zəngilanın Ağalı kəndinə köçürülmə davam edir

KepezTV Player

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb.Daha 63 nəfər - 12 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var.Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.