• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 24.05.2022 11:01

Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək

"WhatsApp" messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11 platformasında çalışan "iPhone" smartfonlarında tətbiqin dəstəyini dayandırırlar. Xəbər verir ki, bu barədə "WABetaInfo" portalı redaksiyaya daxil olnuş bildirişə əsasən məlumat yayıb. Qeyd olunur ki, 24 oktyabr 2022-ci il tarixindən etibarən "WhatsApp" iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda dəstəklənməyəcək. "WhatsApp"-ın veb-saytının FAQ bölməsində iOS 12 minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunub. Beləliklə, "WhatsApp" artıq iPhone 5 və iPhone 5C smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün mövcud deyil.