• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 24.04.2022 18:22

Şəhər birinciliyi start götürüb

KepezTV Player

Gəncədə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilən voleybol üzrə şəhər birinciliyi başlayıb. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın açılışında şəhərimizdə bu idman növünün inkişaf etdirilməsi baxımından belə birinciliklərin vacib olduğu diqqətə çatdırılıb. Mübarizələrə gəlincə, 28 nömrəli tam orta məktəbin idman zalında baş tutan yarışda məktəblilərdən ibarət 8 kollektiv və 2 saylı Gəncə Regional ASAN Xidmət Mərkızinin könüllülərinin 1 komandası iştirak edir. Birincilikdə 2006-2009-cu il təvəllüdlü 4 oğlan, eləcə də 2002-2005-ci il təvəllüdlü 5 qız komandası qüvvəsini sınayır. Yekunda ilk 3 pillədə qərarlaşan mükafatçılar diplom və medalla təltif ediləcəklər.