• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 11.04.2022 16:07

Klassik güləşçilərin respublika birinciliyi

KepezTV Player

Pandemiya səbəbindən 2 illik fasilənin ardından cari ildən bərpa edilən birinciliyin açılış mərasimində yunan-Roma güləşinin ölkəmizdə ən populyar idman növlərinin başında gəldiyi, bu cür kütləvi yarışların yenidən təşkil edilməsinin sevindirici hal olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, üzə çıxan bacarıqlı güləşçilərin, eləcə də milli komandaya qazandırılan pəhləvanların böyük qismi belə birinciliklərdə aşkarlanır. Rəsmi hissədən sonra mübarizələr bağlayıb. Uşaq-Gənclər İdman-Şahmat məktəblərindən 19 komandanın iştirak etdiyi yarışda 200-dən artıq klassik güləşçi qalib olmaq üçün yarışıb. Birincilikdə 10 çəkidə 2007-2009-cu il təvəllüdlü güləşçilər qüvvəsini sınayıb. Uzun aradan sonra yenidən baş tutan yarış güləşçilərin də ürəyincə olub. 2 gün davam edən yarışın sonunda 1-ci yerə Sumqayıt, 2-ci yerə Bakı, 3-cü yerə isə Gəncə komandası layiq görülüb. İlk 3 pillədə qərarlaşan güləşçilər Təhsil Respublika İdman Mərkəzi tərəfindən medal və diplomla təltif ediliblər.