• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 08.04.2022 20:31

Çəyirtkələrə qarşı mübarizə yollarından danışılıb

KepezTV Player

Şəmkirlə yanaşı 7 rayonun Bitki Mühafizə Mərkəzilərinin nümayəndələrinin, kənd təsərrüfatı sahəsində çalışan mütəxəsislərin qatıldığı təbirdə sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinin təsərrüfatlara vura biləcəyi zərərlərdən söz açılıb. Bu ziyanvericilərin  bütün yaşıl kütləni yemək qabiliyyətinə, istənilən bitki ilə isə qidalanmaq qabiliyyətinə malik olduğu diqqətə çatdırılıb.  Əkin və biçənək sahələrini məhv etmək qabiliyyətinə malik çəyirtkələr 250 kilometr məsafə qət edə bilir ki, bu da yaz fəslində ciddi tədbirlərin görülməsini vacib edir.

İlham Bayramov  Aqrar Xidmətlər Agentliyinin sektor müdiri: Çəyirtkə kimilərin idarə olunması, bialogiyası, yayılması və dərmanlamalar zamanı baş verə biləcək hər hansı bir mənfi halların minumuma endirilməsi, eyni zamanda texnikaların kalabirləşdirilməsi və ümuməm çəyirtkə kimilərinə qarşı mübarizə işinin düzgün təşkil olunmasından ibarətdir. Bu tədbirlər hə ril çəyirtkə kimilərin yumurtadan çıxmasından əvvəl keçirilir. Təlimtalarımızı yada salaq və çəyirtkə kimilərinə mübarizə tədbirlərinə hazırlıqdır.

Mərakeş çəyirtkələrinə əsasən Ceyrançöl, Eldar düzü, Palantökən və Alazan vadisi deyilən ərazilərdə rast gəlinir. İtaliya çəyirtkələri isə Kürün sağ və sol sahillərində yerləşən Qarağac və Qarasaqqal meşələrində yayılıb. Ona görə bu həşaratlara qarşı mübarizə təbirləri mütamadi olaraq aparılmalıdır.

Çingiz Süleymanov  Şəmkir Bitki Mühafizə Mərkəzinin rəisi: Bu il siçana bənzər dağlıq zonada 9800 hk sahədə müşahidə işləri aparılmışdı. 8200 hk sahədə isə dövlət büdcəsi hesabına mübarizəmiz getmişdi. Bizim Ceyrançöl ərazisində olan çəyirtkələin müşahidələrini aparırıq. Onların çıxış vaxtını gözləyirik. Baş idarə tərəfindən də gəliblər. Müşahidənin necə aparılmasını işçilərimizə təlimdə öyərdirlər.

Təlimlər zamanı çöl şəraitində ziyanvericilərə qarşı mübarizə üsulları əyani şəkildə nümayiş etdirilib. Burada mübarizənin təşkili, biologiyası, ekologiyası, zərərvermə xüsusiyyətləri haqqında məlumatlar çatdırılıb. Dərmanlamalar zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmasının insan sağlamlığı və ətraf mühitin qorunması baxımından əhəmiyyətinə toxunulub.

Elnur Vahidoğlu