Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.11.2025 17:33
Xəstə uşağın adı ilə pul yığan şəxsi polis saxladı
Bakı şəhər sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış 10 min manat uşağın ailəsinə təqdim edilib. Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.
- Baxış: 69
