Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.11.2025 11:52

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi valideynləri uşaqların təhlükəsizliyinə diqqət yetirməyə çağırıb.  Bildirilib ki, noyabrın ilk 13 günü Nazirliyin xilasediciləri tərəfindən 22 uşaq təhlükəli vəziyyətlərdən xilas edilib. Nazirlik valideynləri mənzillərdə açıq eyvan və pəncərələr, elektrik və qaz cihazları, ağır əşyalar, kəsici və kimyəvi vasitələrdən uşaqları qorumağa, həmçinin onları nəzarətsiz qoymamağa çağırır.