• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 23.11.2021 20:48

"Kəpəz"in məğlubiyyətsiz seriyası davam edir

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizonunda 9-cu tura start verilib. İlk oyun günü Gəncəni təmsil edən Kəpəz səfərdə Səbail-2 ilə qarşılaşıb. Görüşün 21-ci dəqiqəsində Bəhruz Teymurovun vurduğu qolla gəncəlilər üstünlük əldə ediblər. 37-ci dəqiqədə isə Teymurov özünün və komandasinin ikinci qoluna imza atıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da istəkli olan sarı göylər qarşılaşmanın 58-ci dəqiqəsində Cavad Kərimovla üstünlüklərini biraz da artırıblar. Ev sahibləri 90-cı dəqiqədə Xəyal Bədirovun qolu ilə hesab arasındakı fərqi 2-yə çatdırsalar da qarşılaşmada son nöqtəni yenə Kəpəz qoyub. Əsas vaxta ayrılmış 6-cı dəqiqədə Cavad Kərimov özünün ikinci, komandasının isə 4-cü topunu qapıdan keçirib. Bu qələbə ilə xallarının sayını 16-ya çatdıran Kəpəz turnir cədvəlində 3-cü yerə yüksəlib. 4-1 hesablı qələbə ilə gəncəlilər məğlubiyyətsizlik seriyası davam etdirirlər.