• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 25.10.2021 09:48

Minik avtomobili qəza törədib

KepezTV Player

Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qara Qarayev prospektində, metronun "Neftçilər" stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı yük maşınına çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücü yüngül xəsarət alıb. Əraziyə çağırılan təcili tibbi yardım briqadası hadisə yerində sürücüyə ilkin tibbi yardım göstəriblər. Avtomobillər evakuasiya edilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya “Toyota”nın sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Fakt araşdırılır.