• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 10.03.2021 09:25

Ermənistan müxalifəti parlament binasının giriş-çıxışını bağlayıb

KepezTV Player

"Mübarizəmiz yeni güclə davam edəcək. Saat 16:00-da böyük mitinq olacaq”. Ermənistan müxalifət nümayəndələri qeyd ediblər ki, bu gündən etibarən ölkədə baş nazir Nikol Paşinyana və onun hakimiyyət komandasına qarşı etiraz aksiyasının miqyası bir qədər də genişlənəcək. Etirazçılar parlament binasının giriş-çıxışını bloklamaqda davam edirlər. Bu arada, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, O.Qasparyan qanuni yolla vəzifəsindən azad edilib. Xatırladaq ki, bir neçə gün əvvəl O.Qasparyan bəyanat yayaraq N.Paşinyanı istefa verməyə çağırmışdı. Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi. Prezident Armen Sarkisyan Baş qərargah rəisini istefaya yollamaqdan imtina etmişdi.