• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 29.01.2021 19:53

Lasodan Gəncəyə

KepezTV Player

2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilidir. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdən olan, Nizami ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən biri olan, qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb, ecazkar söz sənətini, incilərini , məhz burada ərsəyə gətirib. Bu isə Gəncənin özünün tarixinin qədimlərə getdiyinə sirayət edir. Elə “Şəhər Burnu” kimi.

Şəhər içində şəhər və ya "Şəhər burnu”, başqa sözlə desək “Laso”. Söhbət Gəncə şəhərinin ərazisində vaxtilə mövcud olan iri bir şəhərdən gedir. Tarixi antik və ilk orta əsrlərə gedib çıxır "Şəhər burnu"nun. Digər adı Laso olan yaşayış yeri romalıların bizim eramızdan əvvəl ikinci əsrə aid tərtib etdiyi xəritədə də aşkarlanıb. Həmin xəritədə Laso adi ilə göstərilən ərazi hazırkı Gəncə şəhərinin, İmamzadənin yerləşdiyi əraziyə uyğun gəlir.

Bəxtiyar Məhərrəmov - tarixçi: Bizim bu gördüyümüz ərazi Gəncə şəhər burnu deyilən ərazidir. Şəhər burnu konkret bir funksiyanı daşıyır. Şəhər burnunun tarixinə baxmazdan əvvəl birinci Gəncə şəhərinin özünün tarxinə baxmaq lazımdır. Ehtimal olunduğuna görə buranın şəhərə çevrilməsi son tunc dövründən başlayır. Ancaq olan məlumatlar yəni yazılı mənbələrin verdiyi və arxeoloji mənbələrin direkt göstərdiyi məlumatlar eradan əvvəl 5-ci əsrə Sasani şahı birinci Qubadın dövrünə aidddir. Və ehtimal olunduğuna görə Şəhər burnunun yaranması təxmini bir neçə il soraya hardasa 9-cu əsrdən başlayır.

Gəncə deyildikdə, həmişə Gəncə çayı sahilində orta əsrlərdə olan şəhər nəzərdə tutulub. Əsl Gəncə isə "Şəhər burnu" deyilən ərazidədir. İndiyədək "Şəhər burnu" və ya Laso arxeoloqlar tərəfindən yetərincə tədqiq edilməyib.

Bəxtiyar Məhərrəmov - tarixçi: Lakin Gəncə şəhərində aparılan arxeoloji qazıntılar bir neçə başqa məsələləri də göstərir. Məsəslən 8-ci əsrin 30-cu illərinə aid Gəncənin xarabalıqlarına aid pullar çıxmışdı. Ərəb sikkələri çıxmışdır və belə bir sikkələrin olması onu göstərir ki, Gəncə doğurdan da dövrünün inkişaf elemiş bir şəhəri idi. Əsas etibarı ilə demək olar ki, Şəhər burnu elə 7-ci əsrin sonu 8-ci əsrin əvvəllərində fəaliyyət göstərib. Şəhər burnu bir neçə dəfə dağıntılara məruz qalır və bir neçə dəfə yenidən tikilir. Bizim arxeoloji teqdiqatlar göstərir ki, antik dövrlərdə burda Laso adlı şəhər olub. Mingəçevirin ətrafında Gəncə çayının Kür çayına töküldüyü qovuşduğu yerdə Laso şəhəri olub, antik dövr ilə. Lakin şəhərin sonrakı aqibəti haqqında mənbələrdə məlumat yoxdur.

Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar ediblər. Bu isə “Şəhər burnu”nda iqtisadi-ticarət əlaqələrin mövcudluğunu, şəhərin digər ticarət şəhərləri ilə əlaqəsinin olduğuna dəlalət edir.

Bəxtiyar Məhərrəmov - tarixçi: Şəhər burnu ipəkçiliyin əsas ticarətinin mərkəzi idi. Burdan gəmilərə yüklənən ipək müxtəlif istiqamətlərdə daşınırdı. Hardasa 16, 17-ci əsrə qədər Gəncə doğurdan da ipəkçiliyin ixracat və istehsal mərkəzlərindən biri idi. Erkən orta əsrlər 7-ci, 8-ci əəsrlərdə isə Gəncədə 6-7 növ ipəyin olduğu göstərilirdi müəyyən mənbələrdə və bu ərazilərdəki ticarətin və sənətkarlığın əsas növləri idi. Bu isə onu göstərir ki, şəhərdə bir əmək bölgüsü var idi. Hansı sənatkar nə iş görürdüsə bu bilinirdi. Bu həmin ərazinin şəhərə məxsus olduğunu göstərir. Şəhərləşmə prosesinin getdiyini bildirir.

Araşdırmalar göstərir ki, antik və erkən orta əsrlər dövründə bütün iri yaşayış məntəqələri və şəhərlər Kür çayı boyunca salınırdı. “Şəhər burnu” deyilən ərazidə yerlşən Gəncənin də bu sırada yer alması yaşayış məntəqəsinin həmin dövr üçün inkişafından xəbər verir.