Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.11.2025 11:52
Bakıda ilk dəfə "China Visitors Summit" keçirilir
Bakıda ilk dəfə Çin və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsinə həsr olunan “China Visitors Summit” keçirilir. Sammit Çin bazarından Azərbaycana turist axınının artırılması üçün mühüm platforma kimi qiymətləndirilir. Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lui Mei iki ölkə arasında münasibətlərin tarixi və tərəfdaşlıq ruhunu vurğulayıb. O bildirib ki, son illərdə Prezident Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında ikitərəfli münasibətlər daha yüksək dinamika qazanıb. İ.Əliyev iki dəfə Çinə səfər edib, liderlərimiz hərtərəfli strateji tərəfdaşlığın qurulmasını elan edib və əməkdaşlığın dərinləşdirilməsi üzrə mühüm razılaşmalara nail olublar.
- Baxış: 19
