• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 08.12.2020 19:58

Laçın əhalisinin siyahıya alınmasına başlanılıb

KepezTV Player

Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb. Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib. Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Hazırda hər kənddə neçə ailənin olduğu müəyyənləşdirilir. Artıq rayon polis şöbəsi Laçına köçürülüb, postlar müəyyənləşdirilir. İcra Hakimiyyətindən qeyd edilib ki, Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb. Yaxın günlərdə lövhə Laçın dəhlizində yerləşdiriləcək.