• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 04.11.2020 20:30

Hikmət Hacıyev: "Saxta döyüş səhnələri hazırlanır"

KepezTV Player

"Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır. Ermənistan müdafiə nazirinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi". Bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentin köməkçisi ermənilərin səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilmədiklərini, süni ruh yüksəkliyi yaratmaq üçün saxta döyüş səhnələri hazırlandığını bildirib.Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır söyləyən Hacıyev "dəyişən yalnız istifadə olunan vasitələrdir", - deyə əlavə edib.