• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 04.11.2020 15:50

DTX-dan videogörüntülərlə bağlı xəbərdarlıq

KepezTV Player

Düşmən təxribatlarına və işğalına qarşı döyüş əməliyyatları aparılan ərazilərdə mobil telefon aparatlarının texniki imkanlarından istifadə olunmaqla icazəsiz videoçəkilişlər edilərək Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb. Dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq yayılan videogörüntülər düşmən tərəfindən qoşun hissələrimizin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub. Aşkar edilən faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb və hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır. Vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir və Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırılır.