• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 09.10.2020 15:45

Azərbaycan ordusu kilsə və digər mülki təyinatlı obyektləri hədəfə almır

"Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raket ilə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz, bu xüsusda dünya xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq". Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "haber Qlobal"a müsahibəsində deyib ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır: "Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır".