• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 11.07.2020 12:36

Tərləmək orqanizmimizə necə təsir edir?

KepezTV Player

Yay aylarında insanlar tərləməmək üçün əllərindən gələni edirlər. Evdə və işdə kondisioner, maşında kondisioner, maksimum yavaş, tələsmədən hərəkət etmək buna kömək edir. Lakin orqanizmdən asılı olaraq insanlarda bu hal fərqli olur. İsti havalarda tərləməyin orqanizmimizə təsiri və belə situasiyada nə etmək lazım olduğunu Fidan Muradlı danışacaq.

Bəzi adamlar bütün qabaqlayıcı tədbirlərə baxmayaraq isti havalarda həddindən artıq çox tərləyirlər. Qoxu, geyimdə ləkə kimi hallar təbii ki, müəyyən diskomfort hissi yaradır. Mütəxəssislər tərləmənin bir çox səbəbləri olduğunu söyləyirlər. Covid-19-dan tutmuş bütün infeksion xəstəliklərin tərləmədə rolu böyükdür.

Şəhla Verdiyeva həkim: “Hər hansı bir infeksion xəstəlik qastrentrit, mədə - bağırsaq infeksiyaları, yuxarı tənəffüs yolları infeksiyları, sidik-cinsiyyət infeksiyaları və s. tərləməyə səbəb ola bilər. endokrin xəstəliklərin imçərisində böyümə hormonu artıqlığı – yəni, akromeqaliya, hipertrioz – yəni qalxanabənzər vəzin artıq işləməsi, və diabet şəkərin həm yüksək səviyyəyə qalxması, həm də ki ani şəkər düşmələri tərləməyə səbəb ola bilər. Atomlu xəstəliklər və rematoloji xəstəliklər tərləməyə bağlı səbəb ola bilər. Bir də bəzi vitamin əksiklikləri , uşaqlarda c və d vitamini əksiklikləri böyüklərdə isə d vitamini əksikliyi kəskin tərləmə ilə qarşımıza çıxa bilir. ən çox verilən suallardan biri – bəzən bütün fiziki hal normal göstəricilər normal olsa belə, tərləyən insanlarla qaşılaşırıq və bu onların sosial həyatına təsir edir. Bu bəzən konstutisional olur. Yəni həmin insanların tər vəzilərinin artıq fəaliyyəti ilə heç bir səbəb olmadan əlaqədar ola bilir.”

Həkimin sözlərinə görə, normal miqdarda tərləmək həyat qurtarıcıdır və bizim üçün çox önəmlidir. Çünki, bu bizim istilik balansımızı ödəməklə yanaşı, ətraf mühitin temperaturuna uyğunlaşmağımızı da təmin edir. Amma artıq tərləməyin də zərərləri var.

Şəhla Verdiyeva həkim: Belə ki, bədən həddindən artıq çox maye itirir.və bədən daha çox temperaturu düşür və immunitetimizi salmış olur. Və yaux da ki, tərləməməyin özü də çox zərərlidir. Çünki, bu bizim ərtaf-mühit temperaturuna adaptasiyamızı pzour, bədəndə artıq mayenin miqdarının yığılmasına səbəb olur. Çox tərləmənin qarşısını almaq üçün İlk öncə tərləməyə səbəb olan faktorları həyatımızdan çıxartmaq lazımdır. Yəni həddindən artıq yüksək temperaturlu şəraitdə qalmaqdan qaçınmaq, mümkün qədər daha zərərsiz soyuducu vasitələrdən məsələn daha aşağı temperaturda kondisionerlərdən sərinkeşlərdən istifadə etmək tövsiyyə olunur.

Əslində insan orqanizmində ideal bir nizam var. Əgər biz tərləyiriksə, deməli belə lazımdır və bu bizim üçün ən yaxşısıdır. Eyni zamanda təbii ki bu cəmiyyət arasında bizim üçün müəyyən problemlər yarada bilər. Elə isə nə etmək? Ən gözəl çıxış yolu planlı şəkildə tərləməkdir. Yəni fiziki hərəkətlərlə, idmanla məşğul olmaqla biz həm daha sağlam ola bilərik, həm də orqanizmin tərləmək kimi fizioloji tələbatını ödəmiş olarıq.