• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 24.02.2020 18:31

5 kq narkotik satmaq istəyən şəxs tutulub

KepezTV Player

Paytaxtda Nizami Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları da əməliyyat keçiriblər. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Polisə Pərviz adlı şəxsin Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitə satmaq istədiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs - Bakı şəhər sakini  Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən tutulub. O, saxlanılan zaman asayiş keşikçilərinə müqavimət  göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Pərviz Qurbanov barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.