• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 04.01.2019 12:30

Bir küçədə üç ev qarət olunub

KepezTV Player

Tovuzda bayram günlərində silsilə oğurluqlar qeydə alınıb. Naməlum şəxs və ya şəxslər evlərə qanunsuz daxil olaraq vətəndaşlara maddi zyan vurublar.

Yazgül İsmayılova - zərərçəkən: 4 bir tərəfimzidən oğurluq oluq. Sement zavodunun yanından toyuq cücə oğurlanıb. Dəmir yolunun altından qapı bir qonşumun evindən oğurluq olunub. Hələ bu tapılmır. Heç kimi kömək etmir. Səmayə deyillər onun evindən də oğurluq olub. Bu oğrunu tapıb bir cəza verilməlidir ki kimdir bu oğurluğu edən kimdir.

Bayram günlərində qohum-qonşularına qonaq gedən Tovuz sakinləri geri qayıtdıqda evlərinin qarət olunduğunu görüblər. Belə hallara daha çox rayon mərkəzində rast gəlinib. Çağrılmamış qonaqlar şəhərin Nəriman Nərimanov küçəsində üç evdən oğurluq ediblər. Gecə saatlarında həyətlərə və evlərə girən “qəhrəmanlar” müxtəlif məbləğlərdə pul, toyuq-cücə, hind quşu aparıblar.

Yazgül İsmayılova - zərərçəkən: 5 dənə canavar kimi itim var idi. Ona dərman verib ölıdürdülər. İti öldürəndən sonra evimə oğurluğa girdilər. Evimdən 150 cücəm aparıldı. Plusda evimin qapısını qırıblar. Mən məcburiyyət qarşısında qalıb polisə müraciət etdim. Xaiş edirəm mənim işimə düzgün baxılsın.

Baş verən hadisələrlə bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib. Araşdırma aparılır.

 

Natiq Hüseyn