• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 14.06.2018 14:37

Bədbəxt hadisələr baş verdi

KepezTV Player

İmişli rayonu Şahverdili kəndi ərazisində Eldar Hüseynova məxsus qum-çınqıl karxanasında bədbəxt hadisə baş verib. Bəhrəmtəpə qəsəbə sakini, 28 yaşlı Fariz Məmmədov traktorun idarəetməsini itirərək onu karxana ərazisindəki kanala aşırıb. Nəticədə kanalda boğularaq ölüb.Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Abşeronun Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb. 36 yaşlı İntiqam Əliyev İfərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Tovuz rayonunda isə 27 yaşlı oğlan xoşagəlməz hadisə ilə üzləşib. Əyyublu kənd sakini Tural Əkbərov kənd ərazisində küçə itlərinin hücumuna məruz qalıb.Hadisə nəticəsində Əkbərov qolundan və bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralıya xəstəxanada tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.