• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 26.05.2017 13:55

Şabranda tövlə yanıb

KepezTV Player

Bu gecə Şabranın Qorğan kəndində ümumi sahəsi 100 m2 olan tövlənin yanar konstruksiyaları yanıb. 1959-cu il təvəllüdlü kənd sakini Cami Hacıyevə məxsus tövlədəki yanğın zamanı içəridə olan 2 baş iribuynuzlu heyvan və sayı məlum olmayan ev quşu yanaraq tələf olub. Hadisə yerinə Şabran Dövlət Yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.

Zülfiyyə Telmanqızı