• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2117
— 18.02.2017 10:03

Aston Martin-in yarış maşını Nürburqrinq yolunu necə qət etdi?

Aston Martin V8 Vantage-in yarış xarakterli versiyası — GT8, Nürburqrinq trassını 7 dəqiqə 50 saniyəyə qət edib. Bu, baza versiyadan 12 saniyə tezdir, amma Volkswagen Golf GTI Clubsport S-dən 3 saniyə gecdir. GT8 modifikasiyası ötən ilin aprelində peyda olub. Adi V8 Vantage-dən yarış superkarı 100 kq azaldılmış çəkisinə, karbon damına, titan eqzoz sisteminə, düzəliş edilmiş asma, yüngülləşdirilmiş interyer, inkişaf etdirilmiş aerodinamik kuzovu və Michelin Pilot Sport Cup 2 qapaqlı 19 düymlük disklərinə görə fərqlənir. Superkarın atmosferli motoru 446 at gücündədir və 7 diapazonlu robotlaşdırılmış transmissiya ilə birləşir. GT8 ilk “yüzü” 5 saniyədən tez yığır. Maksimal sürət isə saatda 305 kilometrə bərabərdir. Bu maşından cəmi 150 ədəd istehsal olunub.

 

 

Cavanşir Məmmədzadə