• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 15.11.2016 17:10

Gəncədə 1inci tələbələrə dəstək kartının təqdimatı keçirilib

Kart Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təhsilə dəstək proqramı çərçivəsində həyata keçirilən "1inci klub" layihəsi əsasında təqdim olunub. "1inci klub"un məqsədi gənclərdə liderlik xüsusiyyətlərinin artırılması, onların maariflənməsi və asudə vaxtlarının səmərəli təşkilidir. "1inci klub"a üzv olmaq istəyən tələbə qeydiyyatdan keçməli və "1inci" kartı əldə etməlidir. Kartı əldə etmək üçünsə tələbə 9 AZN ödəyir və klubun 3 aylıq üzvünə çevrilir. Bununla o, hər gün saat yarım davam edən 4 təlimdən birində iştirak hüququ qazanır. Təlimlərə dil kursları, şahmat və rəqs dərsləri, bir sözlə bir çox məşğələlər daxildir. "1inci klub" noyabrın 21-dən fəaliyyətə başlayacaq.

Ənvər Həsənov -"1inci klub" layihəsinin rəhbəri: “Göründüyü kimi, adımız "Birinci"dir. Bizim sloqanımız isə "Sən də bir incisən"dir. Həm birinci, həm də bir inci. İstəyirik ki, hər kəs motivə olsun, hər kəs özünü birinci hiss etsin. İnanıram ki, bu sadəcə Gəncədə yox, Azərbaycanda bir ilk olacaq”.

Günay Tağıyeva -tələbə: “Düşünürəm ki, bu tələbələr üçün çox maraqlıdır. Mən özüm də almışam "1 inci" kartını. Az məbləğ ödəyirsən və bu məbləğin qarşılığında müxtəlif kurslara təlimlərə qatılırsan. Mağazalarda endirimlər əldə edirsən. Hansı tələbə bunu istəməz ki?”.

Gülnar Fazilqızı