• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 23.01.2024 14:17

Gəncədə yeniyetmə şagirdi bıçaqlayaraq öldürdü

KepezTV Player

Qətlə yetirilən şagird 8 N məktəbin XI sinif şagirdi olub. 2007-ci il təvəllüdlü Raul Rəhimov 2 bıçaq zərbəsi ilə ağır xəsarət alıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İsti izlərlə aparılan axtarış nəticəsində cinayət əməlini törətməkdə şübhəli 17 yaşlı Fərid Şabanov saxlanılıb. 

Hadisə məktəbin daxilində baş verib. Verilən məlumata görə vuran şəxs də bu məktəbdə doqquzuncu sinifə kimi oxuyub. Lakin valideyinlərinin ərizəsi ilə məktəbdən çıxarılıb. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri Azər İbrahimovun sözlərinə görə, insident səhər saatlarında baş verib. 

Övladları məktəbdə təhsil alan valideynlər də mövcud vəziyyətdən narahatdırlar. Onların sözlərinə görə, bu, məktəbdə baş verən ilk insident deyil. Həttə bir müddət əvvəl cinayət törətməkdə şübhəli Fərid Şabanovun məktəbin digər şagirdi ilə də mübahisə etdiyini deyirlər. 

 Qətlə yetirilən Raul Rəhimovun dərsə dəvamiyyətinin yaxşı olduğu və nənəsi Rəna Rəhimovanın uzun müddət 8 N məktəbdə ibtidai sinif müəlliməsi işlədiyi bildirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdıımalar davam etdirilir.

Elnur Vahidoğlu