KepezTV Player
Gəncədə Mərkəzi univermaq binasının bir hissəsində çökmə baş verib. Dərhal Nizami Gəncəvi prospektində baş verən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub. Hadisə binanın 1-ci mərtəbəsində, əsasən mobil telefonlar və avtomobil ləvazimatlarının satıldığı hissədə qeydə alınıb.
- Baxış: 133