Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.10.2026 17:50
Rafiq Danakari: Azərbaycandakı bütün məbədlər bu xalqın dini-mədəni irsidir
Alban-Udi Xristian Dini İcmasının nümayəndələri Laçında yerləşən Ağoğlan monastırını ziyarət edib. İcma sədrinin müavini Rafiq Danakari bildirib ki, işğaldan azad olunandan sonra monastıra ikinci dəfə səfər ediblər. Ziyarət zamanı dini ayinlər icra olunub, şəhidlərin ruhuna dualar oxunub.Rafiq Danakari Azərbaycanın tolerant və multikultural dəyərlərə malik sülhsevər xalq olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan xalqı qonaqpərvər, tolerant, multikultural dəyərlərə sahib sülhsevər xalqdır. Azərbaycandakı məscid, kilsə və məbədlər xalqın dini-mədəni irsidir.
- Baxış: 110
