Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi - 1997-ci il təvəllüdlü Muraz Namazovun üzərinə atıb. Şəhərin Eyyub Xanbudaqov küçəsində baş verən hadisə nəticəsində Muraz Namazov, tanışları - 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Ruhin Abuzərli- həkim: “28 iyun 2024-cü il tarixində 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TTY şöbəsinə yerləşdirilib. Hər iki pasientə ilkin tibbi yardım göstərildi. Vəziyyətləri qiymətləndiriləndən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə göndərildi. Vəziyyətləri orta-ağır idi”.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Pərviz Kazımov saxlanılıb və istintaqa təhvil verilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.
Pərvin Abbaszadə
- Baxış: 2384