• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1097
— 19.06.2024 14:55

Konsert proqramı təqdim olunub

KepezTV Player

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib. Tədbirin açılışında çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqınin sədri Firəngiz Əlizadə konsertin Gəncədə keçirilməsinin təsadüfi olmadığını qeyd edib. Gəncənin böyük Fikrət Əmirovun, Qəmbər Hüseynlinin vətəni olduğunu vurğulayıb. Konsert birləşmiş orkestrin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından 3-cü pərdədən “Rəqs” ilə başlayıb. Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu, Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Müslüm Maqomayevin “Radio Marşı”, Vasif Adıgözəlovun “Bayram suitası” səsləndirilib.  Həmçinin Samirə Hacıyeva Səid Rüstəmovun “Hardasan” romansını, Rüstəm Cəfərov “Evləri var xana-xana" Azərbaycan xalq mahnısını ifa ediblər. Konsert proqramı Fikrət Əmirovun “Min bir gecə” baletindən “Bayram rəqsi” ilə başa çatıb.

Aişə Rzayeva