• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 12.06.2024 18:49

Ər qısqanclıq zəminində həyat yoldaşını öldürüb

KepezTV Player

Göygöl rayonunun Ağsu kəndində 22 yaşlı Kərimova Münəvvər Elxan qızı qətlə yetirilib. Gəncə şəhər prokurorluğundan bildirilib ki, araşdırmalarla hadisənin mübahisə zamanı mərhumun həyat yoldaşı 32 yaşlı Mustafayev Ceyhun İsrayıl oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polisə könüllü təslim olan Mustafayev qadını boğaraq öldürüb. Olay qısqanclıq zəminində baş verib. Faktla bağlı cinayət işi başlanılıb.