• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 04.06.2024 20:40

Qəza olub, avtomobillərə ziyan dəyib

KepezTV Player

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, dönmə əməliyyatı etmək istəyən "Mercedes" markalı avtomobil hərəkətdə olan "Mazda"ya çırpılıb. O isə idarəetməni itirərək “Lada 2108”-ə dəyib. Xoşbəxlikdən hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Fərid Mehdiyev