• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 03.06.2024 19:46

Avtomobil çaya düşüb, 1 nəfər sağ qurtulub, 3 nəfərdən xəbər yoxdur

KepezTV Player

Tovuzun Hunanlar kəndində içində dörd nəfər olan "VAZ 21 07" markalı avtomobil Kür çayına düşüb. 32 yaşlı Turqut İbrahimov üzərək sahilə çıxsa da, sürücü - Tovuzun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev, Abulbəyli kənd sakinləri - 33 yaşlı Vüqar Cəfərov və Elxan Sadıqovdan heç bir məlumat yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər, axtarışlar davam etdirilir. Fakt araşdırılır. 

Vüsalə Cənnətova