• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1078
— 01.06.2024 19:12

24 yaşlı gənci ildırım vurub

KepezTV Player

Gəncənin Həsən Əliyev küçəsində 24 yaşlı Orxan Quliyevi ildırım vurub. Gənc Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 

Orxan Quliyev xəstəxanada göstərilən tibbi yardımdan sonra artıq evə buraxılıb. 

Şəmkirin Zəyəm qəsəbəsində əkin sahəsində olan Diləfrüz Qurbanovanı, Yeni Həyat kəndində isə evinin qarşısında 61 yaşlı Musayev Züriyyət Əli oğlunu ildırım vuraraq öldürüb.

Zaqatalanın Yuxarı Tala kəndində də Maarif Aslanova məxsus, ümumi sahəsi 182 kv/m olan 6 otaqlı evi ildırım vurması nəticəsində güclü yanğın başlayıb. FHN əməkdaşları alovu söndürüblər. Hadisə zamanı xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, ildırımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Vüsalə Cənnətova