• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 25.05.2024 18:51

Su anbarında batan şəxsin axtarışları hava şəraitinə baxmayaraq davam edir

KepezTV Player

Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun axtarışları davam edir. Axtarış Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata kecirilir. FHN-dən bildirilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.

Fərid Mehdiyev