• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 23.05.2024 20:01

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə dövlət səfərində olan Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Daha sonra hər iki Respublikanın Prezidentlərinin geniş tərkibdə görüşü keçirilib.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”.

Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçıları “Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. İki ölkə arasında daha 6 sənəd imzalanıb.

Azərbaycan və Tacikistan Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Azad Mustafayev