• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 22.05.2024 19:45

"Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib

KepezTV Player

Gəncədə Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Beynəlxalq narkotik və narkobiznesə qarşı mübarizə gününə həsr edilmiş tədbir keçirilib. Narkomaniya əleyhinə tədbirlərin daim dövlətin diqqət mərkəzində olduğu qeyd edilib. Mövqeyindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər bir vətəndaşın bu vərdişə qarşı mübarizədə həmrəylik nümayiş etdirməsinin vacibliyi vurğulanıb. Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial fəsadlar barədə danışılıb.  

Bayram Yusifov- Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini: “Bu məsələ dünyada bir bəlaya çevrilib. Ağsaqqallar da əlindən gələni edir ki, Gənclər nəinki narkomaniya ümumiyyətlə siqaret, içkli, pis vərdişlərə düşməsinlər, yad təsirlər altına düşməsinlər və ağsaqqallarımız bu sahədə əllərindən nə gəlir onu eləməlidilər. Ümumiyyətlə, gənclərlə bağlı, maarifləndirmə ilə bağlı, dövlət və dövlətçilik məsələlərində Gəncə Şəhər İcra Hakimiyyəti ağsaqqalların yanındadır”.

Vüsalə Cənnətova