• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 21.05.2024 20:02

Gənc rəssamın fərdi sərgisi keçirilib

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasının “Urbanda görüşərik” layihəsi çərçivəsində sərgi keçirilib. Sərgi gənc rəssam Jalə Namazovanın yaradıcılığına həsr olunub. Rəssamın kətan üzərində çəkdiyi 30-dan çox rəsm nümayiş olunub. Əsərlər yağlı boya rəssamlığında işlənilib. Tədbirdə çıxış edənlər gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açılıb. Belə sərgilərin gənclərin istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Aişə Rzayeva