• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 20.05.2024 19:42

Türkiyənin milli bayramı qeyd edilib

KepezTV Player

Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində 19 may - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibəti ilə tədbir təşkil olunub. 1919-cu il mayın 19-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsun şəhərində gənclər qarşısında məşhur nitqini söyləyərək ölkə ərazisinin bir hissəsini zəbt etmiş işğalçılara qarşı mübarizənin başladığını elan edib. Bu müraciət Türkiyə Cümhuriyyətinin yaranmasına damğasını vuran milli qurtuluş savaşının əsasını təşkil edib. Tədbirdə qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət dilənib. Azərbaycan-Türkiyə qardaşlığından, dostluğundan, bütün sahələri əhatə edən əlaqələrin inkişafından bəhs edilib. 

 Vüsalə Cənnətova