• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 20.05.2024 19:36

Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

KepezTV Player

Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib. Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri və digər şəxslərin helikopter qəzasında həlak olmasından sarsıldığını qeyd edib. Seyid İbrahim Rəisinin əziz xatirəsinin daim yaşayacağını vurğulayıb.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter Vərzəqan rayonunda sərt eniş edib. Helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Təyyarənin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub. Həlak olanların dəfn mərasimi sabah keçiriləcək. İranda 5 günlük matəm elan edilib. İranın Azərbaycandakı səfirliyində bayraq endirilib. İranda prezident vəzifəsini müvəqqəti olaraq vitse-prezident Məhəmməd Möhbər icra edəcək. Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Ölkəni müvəqqəti idarə etmək üçün 6 xüsusi komitə yaradılıb.

Vüsalə Cənnətova