• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 18.05.2024 19:26

Havanı çirkləndirən sürücülər cərimələniblər

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları şəhər ərazisində “Təmiz hava" aylığı çərçivəsində növbəti reyd keçiriblər. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Reyd zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Yol polisi əməkdaşları sürücüləri nasaz nəqliyyat vasitələrini idarə etməməyə çağırıb. Mayın 15-dən başlayan yoxlamalar iyunun 15-dək davam edəcək.

Orxan Cəfərzadə