• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 10.05.2024 19:36

Ümumilli Liderin 101 illiyi qeyd olunub

KepezTV Player

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub. Heydər Əliyev adına park-kompleksində dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyulub, ruhu ehtiramla yad edilib. Təşkil edilən konfransda ümummilli liderin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçilik uğrunda apardığı mübarizəsindən söz açılıb. Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb. Ölkədə həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisinin tarix və xalq qarşısında gördüyü işlər misilsizdir. Konfransdan sonra Gəncədəki Ekoloji Park Kompleksində Umumilli Liderin 101 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Yaşıllaşdırma tədbirində kompleksin ərazisi müxtəlif ağac növləri ilə zənginləşdirilib. 

Bayram Aslanov- YAP Gəncə şəhər təşkilatının sədri: “Ulu Öndərin 101 illiyinə həsr edilmiş tədbirlər keçirdik. İndi isə ağacəkmə aksiyasındayıq. Bütün şəhər ictimaiyyəti cəlb olunub. Gəncə Şəhər İcra Hakimiyyəti, YAP, Gəncə şəhərində olan ali təhsil müəssisələrinin bütün tələbələri bu aksiyada iştrak edir. Ulu öndər hər zaman təbiətə ciddi önəm verib. Biz də ümid edirik ki, bu tədbirlərlə Ulu öndərə olan borcumuzu qismən də olsa yerinə yetirmiş olarıq”.

Fərid Mehdiyev