• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 09.05.2024 17:43

Veloyürüş təşkil edilib

KepezTV Player

Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatı, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə veloyürüş təşkil edilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən yürüşdə 50-yə yaxın həvəskar velosipedçi, o cümlədən rəsmilər iştirak edib. 5 kilometr məsafə qət edən pedal sahibləri şəhərin baş meydanından start götürən yürüşdə Heydər Əliyev, Atatürk və Nizami prospektlərindən keçməklə ulu öndərin adını daşıyan park-kompleksin girişindəki Zəfər tağında finişə çatıblar.

Orxan Cəfərzadə