• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 09.05.2024 17:42

Narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.