• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 07.05.2024 19:49

Birinci Qarabağ müharibəsi şəhidi dəfn olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımovun cəsədinin qalıqları Xaçmazda dəfn olunub.1994-cü ilin fevral ayında Füzulidə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 30 il sonra doğma yurdunda torpağa tapşırılıb. Elşad Qayımov 1992-ci ildə hərbi xidmətə yollanıb. Birinci Qarabağ müharibəsində Füzuli rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb.