• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 06.05.2024 19:22

İmtahan nəticələri 3 həftə ərzində elan olunacaq

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncədə 9-cuların buraxılış imtahanı keçirilib. 3 məktəbdə təşkil olunan imtahanda 600-dən artıq şagird iştirak edib. İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri, 3 ümumi rəhbər və 59 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Ümumilikdə buraxılış imtahanı Respublikanın 15 şəhər və rayonunda keçirilib və 11 mindən çox şagird iştirak edib.

Aişə Rzayeva